“Qəbələ”: 106 futbolçu, 15 bombardir
- 27 Apr 2020 15:23
- 624
“Qəbələ”nin Azərbaycan Premyer Liqasında vurduğu qollara 106 futbolçu imza atıb.
Rekord.az klubun saytına istinadən xəbər verir ki, “Qəbələ”nin ən məhsuldar futbolçusu Viktor Mendidi.
O, ölkə çempionatında 29 qol vurub. Seneqallı hücumçunun ən yaxın izləyicisi Dododu. Braziliyalı legioner rəqib qapılarına 23 dəfə yol tapıb. Daha bir futbolçu 20 qol səddinə çatıb. Bu, fransalı Baqali Dabodu.
Ümumiyyətlə, “Qəbələ”nin Premyer Liqadakı çıxışları tarixində 15 futbolçu 10 və ya daha çox qol vurmaqla bombardirlik bacarığını nümayiş etdirib. Bunlardan 11-i legioner, 4-ü yerli oyunçudu. Sonuncular arasında rekord Cavid Hüseynova məxsusdu. Hazırda “qırmızı-qaralar”ın heyətində çıxış edən Asif Məmmədov da siyahıda yer alıb. Onun aktivində 10 top var:
1. Viktor Mendi – 29
2. Dodo – 23
3. Baqali Dabo – 20
4. Filip Ozobiç – 16
5. Yannik Kamanan – 16
6. Cavid Hüseynov – 15
7. Stiven Monroz – 15
8. Daniel Subotiç – 15
9. Deon Barton – 15
10. Aleksey Qay – 14
11. Kənan Kərimov – 11
12. Vitali Balamestnı – 11
13. Asif Məmmədov – 10
14. Samir Zərgərov – 10
15. Ceyms Adeniyi – 10