
"Qəbələ" AFFA önündə təslim olur?
- 2022-08-13 12:00
- 412
"Qəbələ" də uzun sürən mübarizədən sonra "silahı" yerə qoyub və Müşahidə Şurası yaratmaq haqda düşünür.
Rekord.az xəbər verir ki, bölgə klubu məcburiyyətdən bu addımı atmaq istəyir.
Belə ki, AFFA-dan daha artıq maliyyə yardımı almaq üçün federasiyanın bu şərtini qəbul etməlisən. Daha doğrusu, AFFA verəcəyi əlavə maliyyə qarşılığında bunu şərt kimi irəli sürüb və klub da qəbul edib-etməmək haqda düşünür. Güman ki, şura yaradılan zaman mütləq şəkildə federasiyanın bir adamı da orada təmsil olunacaq ki, "Qəbələ" rəhbərliyi də bunu istəmir. Hər halda, yaxın 1 həftə ərzində hər şeyə aydınlıq gələcək.