Dünən ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında səfərdə "Qarabağ"la 2:2 oynayan "Qəbələ" doğma rayona qayıtmayıb.

Rekord.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Misli Premyer Liqasının 13-cü turu çərçivəsində dekabrın 13-də Bakıda yenə "Qarabağ"la üz-üzə gələcək.

Buna görə də bölgə təmsilçisi paytaxtda qalıb həmin oyunun hazırlıqlarını elə burada keçməyə qərar verib.