"Qəbələ" "Bakı"nın bazasında məskunlaşmaqda davam edəcək
- 07 Noy 2019 12:00
- 1004
"Bakı"nın bazasının tamamilə bağlanması və ləğvi gündəmdədir. Hətta bu yaxınlarda bazanın qapısına qıfıll vurulmuş və burada icarə əsasında məşq edən bəzi komandalar da buradan çıxarılmışdı. Həmin komandalardan biri də "Qəbələ" idi. Hansı ki, Bakıdakı bütün hazırlıqlarını məhz bu bazada keçirdi.
Lakin Rekord.az xəbər verir ki, vəziyyət müvəqqəti düzəlib.
Belə ki, bazanın hazırkı sahibləri qadağanı ilin sonuna kimi aradan götürüb. "Qəbələ" və digər klublar ilin sonuna kimi "Bakı"nın bazasında məşq edə biləcək. Bazanın gələcək taleyinin necə olacağına isə dekabrın sonunda aydınlıq gələcək.