Konfrans Liqasına vəsiqə qazanan «Qəbələ» daha bir aparıcı legioneri ilə razılığa gəlib.

Rekord.az xəbər verir ki, müdafiəçi Ruan Renatodan sonra Rafael Utrixlə anlaşma əldə olunub.

Son 2 mövsümdə qırmızı-qara formanı geyinən braziliyalı hücumçu gələn ilin yayınadək burada qalacaq.

Cənubi amerikalı forvard 1 illik yeni müqavilənin şərtləri öncəkilərdən fərqlənir. Buna kimi hər ay 5000 dollar qazanan Utrik qarşıdakı sezonda daha yüksək əməkhaqqı alacaq. (sportinfo.az)