“Qəbələ” 2019/20 mövsümünün ikinci yarısının hazırlığına start verib.

Rekord.az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunlarından sonra istirahətə yollanan “qırmızı-qaralar” ötən gün Bakıda bir araya gəlib. 

Elmar Baxşıyevin yetirmələri Bakı Olimpiya Stadionunda hazırlıq keçiblər. Günün ikinci yarısına təsadüf edən məşq prosesinin ilk yarısı arenanın ehtiyat meydançasında baş tutub. Futbolçular yüngül qaçışla kifayətləniblər. Ardınca komanda üzvləri fiziki hazırlıq keçiblər. 

“Qırmızı-qaralar” məşqlərini bu gün davam etdirəcək. Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşəcək.