“Qəbələ” günü iki məşqlə başa vurdu
- 13 Yan 2020 21:24
- 859
“Qəbələ” mövsümün qalan hissəsinə hazırlığını davam etdirir.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 2-ci gününü başa vurub.
Elmar Baxşıyevin yetirmələri günü iki məşqlə yekunlaşdırıblar.
Günün ilk məşqi fitnes zalında gerçəkləşib. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər. Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada reallaşıb. Komanda üzvləri toplu və topsuz çalışmaları yerinə yetiriblər. Məşq ikitərəfli oyunla başa çatıb. Zədədən sonra bərpa prosesi keçən Rasim Ramaldanov fərdi hazırlıqla kifayətlənib.