“Qəbələ” iki futbolçu ilə yollarını ayırdı, birini icarəyə verdi
- 13:40
- 36
"Qəbələ” iki futbolçusu ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.
Həmçinin “Qəbələ” yetirməsi olan Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.
"Qəbələ" hazırda 1-ci liqanın turnir cədvəlində 30 xalla liderdir.