“Qəbələ” ilə “Keşlə”nin 52-ci dueli
- 02 Fev 2020 12:30
- 686
Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
Rekord.az xəbər verir ki, “Qəbələ” 2020-ci ildə ilk rəsmi oyununu bu gün keçirəcək. “Qırmızı-qaralar” 3-cü dövrəyə ev matçı ilə başlayacaq. Komanda Qəbələ şəhər stadionunda “Keşlə”ni qəbul edəcək.
Bu, rəqiblər arasında 52-ci duel olacaq. “Qəbələ” ilk dəfə 2006-cı ildə qarşılaşdığı paytaxt təmsilçisi ilə indiyədək 51 dəfə üz-üzə gəlib. 16 qələbə qazanan “qırmızı-qaralar” 17 heç-heçə edib, 18 dəfə məğlub olub. Rəqib qapısından 53 top keçirən bölgə futbolçuları 67 qol buraxıblar. Komandanın “Keşlə”yə qarşı oyunlardakı ən məhsuldar futbolçusu Daniel Subotiç rəqib qapısına 5 dəfə yol tapıb.
51 matçdan 46-sı çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqadakı görüşlərdə 13 qələbə qazanan “Qəbələ” 17 dəfə 1 xalla kifayətlənibsə, 16 matçda bakılılar qalib gəlib. 46 qol vuran “qırmızı-qaralar” 60 top buraxıb.
“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdi. Öz meydanındakı 25 görüşdə 8 qələbəsi olan komanda 11 heç-heçə edib və 6 dəfə uduzub. “Qırmızı-qaralar” top fərqində də üstündü – 27:26.