
"Qəbələ" kubok oyununa Bakıda hazırlaşır
- 2022-12-06 13:14
- 237
Son turda evdə "Səbail"i 2:1 hesabı ilə məğlub edən "Qəbələ" oyundan sonra Bakıya gəlib.
Rekord.az-a klubdan verilən məlumata görə, komanda "Qarabağ"la ölkə kubokunun 1/4 mərhələsinin ilk oyununa məhz paytaxtda hazırlaşacaq.
Oyundan sonra da bölgə təmsilçisi paytaxtda qalacaq. Çünki çempionatın növbəti turu çərçivəsində "Qəbələ"nin rəqibi də məhz "Qarabağ" olacaq. Dekabrın 13-dəki həmin oyundan sonra Elmar Baxşıyevin komandası Ağdam klubu ilə kubokun cavab matçının hazırlıqları üçün Qəbələyə qayıdacaq.