"Qəbələ" - "Neftçi" matçında azarkeşlər hakimi döydülər ARXİV VİDEO
- 14 Apr 2020 14:38
- 948
Sizə təqdim edəcəyimiz videodakı hadisələr 2011-ci ilin noyabr ayının 20-də baş verib.
Premyer Liqanın 2011-12-ci illər mövsümünün XIII turu çərçivəsində keçirilən "Qəbələ" - "Neftçi" matçında son saniyələrdə meydan sahiblərinin qapısına təyin olunmuş penalti zərbəsi yerli azarkeşləri özündən çıxarıb. Onların fikrincə, epizodda aşkar simulyasiya olduğu halda hakim yanlış qərar qəbul edib.
Maraqlıdı ki, Fərid Quliyev zərbəni dəqiq yerinə yetirə bilməyib və oyun 1:0 hesabı ilə "Qəbələ"nin xeyrinə başa çatıb. Qarşılaşma bitən kimi azarkeşlər meydana daxil olub və oyunun baş hakimi Ramil Diniyevə hücum ediblər.
"Rekord.az" həmin oyunun qısa icmalı, penalti epizodu və oyundan sonra baş verənləri sizə təqdim edir: