Misli Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, “Qəbələ” turun son günündə meydana çıxacaq.

“Qırmızı-qaralar” ilk ev oyununda “Şamaxı” ilə görüşəcək. Avqustun 14-dəki matç Qəbələ şəhər stadionunda keçiriləcək.

Bu matç komandalar arasında 61-ci qarşılaşma olacaq. İndiyədək rəqiblər 60 dəfə üz-üzə gəlib. 20 dəfə qalib gələn “Qəbələ” 19 heç-heçə edib. Digər 21 qarşılaşmada bakılılar qalib gəlib. Rəqib qapısından 65 top keçirən “Qəbələ” futbolçuları 79 qol buraxıblar. Komandanın heyətində Daniel Subotiç daha çox - 5 qol vurub. 

“Qırmızı-qaralar” “Şamaxı” ilə Premyer Liqada 56-cı dəfə görüşəcək. Çempionatda 17 qələbə və 19 heç-heçəsi olan “Qəbələ” 19 dəfə uduzub. Bakı klubu top fərqində də üstündür – 72-58.

“Qəbələ” 31-ci dəfə “Şamaxı”nı qəbul edəcək. 10 ev qələbəsi qazanan “qırmızı-qaralar” 13 heç-heçə edib və 7 dəfə uduzub. Öz meydanında 33 qol vuran “Qəbələ” futbolçuları 30 top buraxıblar.

Avqustun 14-də keçiriləcək  “Qəbələ” – “Şamaxı” oyunu saat 18:20-də başlayacaq.