Bu gün I Liqada 16-cı tur start götürəcək.

Rekord.az xəbər verir ki, mərkəzi qarşılaşmada lider "Qəbələ" 2-ci pillədə qərarlaşan "Karvan"ı qəbul edəcək.

Son günlər ölkə ərazisində qarlı-şaxtalı havanın hökm sürdüyünü, Qəbələnin də dağlıq ərazu olduğunu nəzərə alsaq, bu oyun öncəsi Qəbələ stadionunun son durumu maraq doğurur. Çünki məhz qar səbəbindən aşağı liqalarda bir sıra oyunlar təxirə salınıb. Lakin aldığımız son məlumat odur ki, Qəbələdə hava soyuq və şaxtalı olsa da, meydança qardan tamam təmizlənib və oyuna hazır vəziyyətə gətirilib.

Qeyd edək ki, "Qəbələ" - "Karvan" matçı saat 15:00-da start götürəcək.