"Qəbələ"nin sponsorlarının sırası bir qədər də genişlənə bilər.

Rekord.az xəbər verir ki, ölkə kubokunun son sahibi «Jalə» və «Milla»dan sonra daha bir mümkün tərəfdaşla danışıqlar masası arxasına əyləşib.

Görüşülən şirkət həm Azərbaycanda, həm də dünya çapında kifayət qədər tanınır. Tərəflər hazırda uzunmüddətli əməkdaşlığın şərtlərini müzakirə edir.

Danışıqlar bu minvalla davam eləsə, mövsümün sonunadək sponsorluq müqaviləsi imzalanacaq. Başqa bir problem ortaya çıxmasa, «Qəbələ» gələn «futbol ili»ndən etibarən yenidən iddialı olacaq. (sрortinfo.az)