“Qəbələ” UEFA Gənclər Liqası ilə erkən vidalaşdı
- 24 Okt 2019 16:00
- 839
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün növbəti avrokubok matçını keçirib.
Rekord.az xəbər verir ki, son Azərbaycan çempionu UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb.
Çempionlar yolunda mübarizə aparan Famil Xəlilovun yetirmələri 1-ci mərhələnin cavab görüşündə Kiprin APOEL klubu ilə qarşılaşıb. Nikosiyada keçirilən ilk görüşdə 1:1 hesablı heç-heçə edən “Qəbələ” mərhələ adlamağa çalışıb.
Ötən mövsüm bu yarışda mərhələ adlayan ilk və hələlik yeganə Azərbaycan klubu kimi tarixə düşən “qırmızı-qaralar” uğurunu təkrarlamaq üçün mübarizə aparırdı. Qəbələ şəhər stadionundakı qarşılaşmada komandamızı təkcə qələbə deyil, hətta qolsuz heç-heçə də qane edirdi. Amma təəssüf ki, minimal hesabla uduzan "Qəbələ" bu dəfə mübarizəni elə ilk mərhələdəcə dayandırmalı olub.
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, cavab oyunu
24 oktyabr
“Qəbələ” – APOEL 0:1
Qol: Satsias, 55.
Hakimlər: Denis Şurman, Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna).
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:1.
Qəbələ: 1. Müşviq Nadirov, 2. Rüstəm Nuruyev (k.), 4. Təbriz İsazadə, 5. İdris İnqilablı, 7. Nicat Oruclu, 8. Veysəl Rzayev, 9. Əli Mürsəlov, 10. Samir Məhərrəmli, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 17. Məhəmməd Məhərrəmov.
Ehtiyat oyunçular: 12. Əmrah Məmmədli, 3. Hüseyn Mürsəlov, 6. Rauf Məhərrəmov, 11. Rüfət Əhmədov, 15. Nemət Şıxəmirov, 16. Aqil Nəsibov, 18. Emil Səfərov.
Baş məşqçi: Famil Xəlilov.