“Qəbələ”də 8, Doroşevdə 3 dəfə
- 19 Apr 2020 20:23
- 764
Azərbaycan Premyer Liqasının cari mövsümündə “Qəbələ”nin qapısına üç penalti təyin olunub.
Rekord.az əyalət klubunun rəsmi saytına istinadən xəbər verir ki, Anar Nəzirov iki, Tərlan Əhmədli isə bir belə zərbədən sonra qapısından qol buraxıb.
Ümumilikdə, “qırmızı-qaralar” tarixində 52 dəfə komandanın qapısına 11 metrlik cərimə zərbəsi vurulub. Bunlardan 44-ü qolla nəticələnib. Zərbələrin 15 faizi, yəni səkkizi qolla nəticələnməyib.
Bu göstəricidə Pavel Doroşev rekordçudu. Onun qoruduğu “çərçivə”yə təyin edilən 9 penaltidən üçü qolla başa çatmayıb. Kamran Ağayevin aktivində iki belə zərbə var. Daha üç qapıçı penaltinin qola çevrilməməsinin sevincini yaşayıb. Bunlar Dmitri Bezotosnı, Dieqo Kosta və Xəyal Zeynalovdu.
Qeyd edək ki, 11 qolkiperin qoruduğu qapıya penalti təyin olunub.
“Qəbələ”nin qapıçılarının penalti göstəriciləri
1. Pavel Doroşev – 9 penalti (3-ü qolla nəticələnməyib)
2. Kamran Ağayev - 7 (2)
3. Dmitri Bezotosnı - 15 (1)
4. Dieqo Kosta - 3 (1)
5. Xəyal Zeynalov - 2 (1)
6. Anar Nəzirov - 6
7. Elnar Kərimov - 4
8. Zurab Mamaladze - 2
9. David Petrkeviç - 2
10. Aqil Məmmədov - 1
11. Tərlan Əhmədli - 1