Qəbələ rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə Qəbələ rayon Olimpiya İdman Kompleksində keçirilən "Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi"-nə həsr olunmuş futzal idman növü üzrə idarə müəssisə və təşkilatlar arasında xatirə turnirinin 1/4 mərhələsininin ilk oynunda Qəbələ Beynəlxalq Hava Limanın  və FHN-in hərbi hissəsinin komandası qarşılaşdı.

 

Rekord.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanı komandası 3:1 hesabı ilə qələbə qazandı.

 

Qəbələ rayon Təhsil sektoru və Chenot Palace komandalarının qarşılaşmasında isə Qəbələ rayon Təhsil sektorunun komandası 10:3 hesabı ilə qələbə qazandı.                                                      #