“Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza
- 11 Dek 2019 14:41
- 856
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sumqayıt” – “Qəbələ” matçının 65-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Futbolçuya verilmiş 4 oyun cəzanın 2-si şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
Oyunun 86-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.