"Qəbələ"nin legioneri "Zirə" üzərinəki qələbəni şərh etdi
- 13 Okt 2019 17:00
- 807
"Yoxlama görüşü olsa da, yaxşı oyun alındı. Sadəcə güclü külək olduğundan oynamaq çətin idi".
Rekord.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin müdafiəçisi İvitsa Zuniç deyib.
Yoxlama matçında “Zirə” ilə qarşılaşan “Qəbələ” 2:1 hesabı ilə qalib gəlib. Əyalət klubunun legioneri oyun haqqında danışarkən komanda yoldaşı Rasim Ramaldanovun yoxluğunu qeyd edib: "Yoxlama görüşü olsa da, istənilən halda qalib gəlmək yaxşıdır. Bu, özünəinamı və əhval-ruhiyyəni daha da yaxşılaşdırır. Yaranan fasilədən yaxşı istifadə etmək istəyirik. Qarşıdakı tura hazırlaşırıq. Rasim Ramaldanovun da tez bir zamanda ayağa qalxmasını arzulayıram. Təəssüf ki, bu cür alındı. Təbii ki, onun olmaması itkidir".