“Qəbələ”nin sonuncu rəqibi dəyişdi
- 20 Yan 2020 21:00
- 898
Mövsümün ikinci yarısına hazırlığını davam etdirən “Qəbələ”nin Türkiyədə keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi dəyişib.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya şəhərindəki təlim-məşq toplanışındakı 4-cü matçda Rumıniyanın “Konkordiya” klubu ilə görüşəcək.
Bu matç yanvarın 25-də baş tutacaq. Öncədən həmin gün Bolqarıstanın “Dunav” klubu ilə qarşılaşma nəzərdə tutulsa da, rəqib Rumıniyanın 2-ci liqa təmsilçisi olacaq.
Xatırladaq ki, Antalyada iki yoxlama matçı keçirən “Qəbələ” Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzub, Rusiya təmsilçisi “Çayka”ya eyni hesabla qalib gəlib. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək.