Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qəbələ”dən dəvət edilən Sərxan Mirzəzadə zədə səbəbindən hazırlıq prosesindən kənarlaşdırılıb. Onun əvəzində “Neftçi”dən Əfqan Nuriyev toplanışa dəvət olunub.