“Qələbə də qazana bilərdik” - Diniyev
- 11 Avq 2024 00:22
- 174
"Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində doğma meydanda "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:
“Görürsüz də, futbol emosiyalar oyunudur. Bu gün yaxşı "Səbail" gördük. Komandanın orta yaş həddi 23,7-dir. Bu komanda qaçmalı, vuruşmalıdır. Yeni komandayıq. Bu gün heyətin 9-10 nəfəri keçənilkindən fərqli idi, yenilərdir. Ötən tur Zirədə ilk oyuna çıxdıq, ilk 45 dəqiqədən sonra komandanı dəyişə bildik. Potensialımız var. Oyun maraqlı keçdi. Azarkeşlər üçün bolqollu, şanslı oyun idi. Baxmayaraq ki, iki qol oldu. Generallardan ibarət "Neftçi"yə qarşı əsgərlər oynayırdı. Potensiallar arasında fərq var idi. Amma oyunda bunu görmədik. Vuruşduq. "Neftçi"yə oynamağa imkan verməməyə çalışdıq. Qələbə də qazana bilərdik, uduza da bilərdik. Heç-heçə başlanğıc üçün yaxşıdır. Artırmalıyıq. Futbolçularıma təşəkkür edirəm. Tapşırıqları tam yerinə yetirdilər”.