2022-23-cü il futbol mövsümü ölkə kubokunun final matçının keçiriləcəyi məkanda bağlı ilkin qərar verilib.

Rekord.az-a daxil olan məlumata görə, finalın məkanı kimi Sumqayıtdakəı Mehdi Hüseynzadə adına şəhər stadionu seçilib.

Düzdür, hələlik, rəsmi qərar qəbul olunmayıb. Heç sözügedən stadionun rəsmi açılışı da olmayıb. Amma AFFA rəhbərliyi may ayında oynanılacaq oyunun məkanı ilə bağlı ilkin qərar qəbul edib. Hətta AFFA-nın 30 illiyi münasibəti ilə keçirilən qala gecədə federasiya rəhbərliyi bu məsələni müzakirə də edib.