Azərbaycan qılıncoynadanları Çinin Usi şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində iştirak ediblər.


Rekord.az xəbər verir ki, sablyaçıların mübarizəsində Zərifə Hüseynova 14-cü olub.


O, 1/4 finala vəsiqə uğrunda qarşılaşmada uduzub.


Fərəh Abasova, Leyla Əhmədova və Valentina Zeynalova isə qrup mərhələsini adlayıb pley-offa yüksəlsələr də, 1/32 finala vəsiqə üçün keçirilən görüşlərdə uduzublar.


Gənc oğlan sablyaçıların şəxsi yarışında Ayxan Xasıyev, Rəsul Əliyev və Abbas Hüseynov pley-offa vəsiqə qazansalar da, 1/32 finala yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar.


Timur Husnaddinov isə mübarizəni qrupda dayandırıb.


Dünya birinciliyi aprelin 15-dək davam edəcək.