Qılıncoynadanlarımız Dünya Kubokuna uğursuz başladı
- 11 Yan 2020 14:19
- 979
Azərbaycan milli komandasının qılıncoynadanları Almaniyanın Haydenhaym şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edir.
Rekord.az xəbər verir ki, turnirin ilk günündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib.
Lakin şpaqaçılarımızın fərdi çıxışları uğursuz yekunlaşıb. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Kənan Əliyev pley-off mərhələsinin ilk duelində mərakeşli Hussam Elkorda 15:11 hesabı ilə qalib gəlsə də, "64-lüy"ə düşmək uğrunda qarşılaşmada Cənubi Koreya idmançısı Sonq Jae Hoya məğlub olub - 11:15.
Qrupda 3 qələbə qazanan yığmamızın digər təmsilçisi - Ruslan Həsənov isə pley-offda Ukrayna idmançısı Maksim Xvorosta (9:15) boyun əyib. Aktivində yalnız 1 qələbəsi olan Xalid Əliyevlə Barat Quliyev də mübarizəni erkən dayandırıblar.