Qılıncoynadanlarımızdan qran-pridə uğursuz nəticə
- 15 Yan 2024 19:30
- 225
Qılıncoynatmanın sablya növü üzrə milli komandamız Tunisdə keçirilən qran-pri turnirində çıxışını başa vurub.
Rekord.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan Anna Başta qadın sablyaçıların şəxsi yarışında ilk görüşündə İtaliya təmsilçisi Manuela Spicanı (15:8) məğlub etsə də, ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə macar Luca Szucsa 14:15 hesabı ilə uduzub.
Təsnifat mərhələsini uğurla adlayaraq ən güclü 64-lüyə yüksələn Səbinə Kərimova əsas mərhələdə keçirdiyi ilk görüşdə İtaliya qılıncoynadanı Rossella Qregorionu 15:14 hesabı ilə məğlub etsə də, növbəti görüşdə əsas mərhələdə milli komandamızın digər üzvü Palina Kaspiaroviçi mübarizədən kənarlaşdıran fransalı Sarah Noutcha 11:15 hesabı ilə uduzub.
Sevil Bünyatova, Zərifə Hüseynova və Valeriya Bolşakova isə mübarizəni təsnifat mərhələsində dayandırıb.