“Qış fasiləsinə lider olaraq yollandığımız üçün şadam”
- 00:45
- 54
“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 9-cu turunda NTD-yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
"Qış fasiləsinə lider olaraq yollandığımız üçün şadam. Komandada inkişaf hiss olunur. Oyunlar oldu ki, 4-5 zədəli basketbolçusuz mübarizə apardıq. Amma buna baxmayaraq "Neftçi" ilə oyunu çıxmaq şərtilə digər qarşılaşmaları qalib başa vurmağı bacardıq. Fürsətdən istifadə edərək Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə ilə təbrik edirəm! Qələbə seriyamızı yeni ildə də davam etdirəcəyimizə inanıram".
NTD - "Sabah" qarşılaşması ikincilərin 94:67 hesablı qələbəsi ilə yekunlaşıb.