Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, C qrupunda er alan komandamız Yunanıstanla qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

Gərgin mübarizədən qalib ayrılan yığmamızın heyətində ən çox Polina Rəhimova fərqlənib. Yunanları 32 dəfə məyus edan hücumçumuz həm də matçın ən məhsuldar oyunçusu olub. Rəhimova bu xallarda 29-nu hücumda, 3-nü isə blokda qazanıb.

Komandamızın heyətində Yelizaveta Ruban 23, Odina Əliyeva 21, Olena Xarçenko 10, Ayşən Abduləzimova 9, Kristina Besman 5 dəfə fərqləniblər.