“France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatının sahibi bəlli olub.

Rekord.az xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçirilib.

Beləliklə Rodri (“Mançester Siti”) ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Qeyd edək ki, “Qızıl top”un son qalibi 2023-cü ildə Argentina millisinin və ABŞ-ın “İnter Mayami” komandasının üzvü Lionel Messi olub.