Quba Olimpiya İdman Kompleksində Azərbaycan Voleybol Federasiyasının, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin, Quba Regional "ASAN xidmət" Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Quba - İdman Paytaxtı 2024” çərçivəsində və Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyinə həsr olunmuş gənc qızlar arasında voleybol idman növü üzrə Quba rayon birinciliyinə yekun vurulub.

Rekord.az xəbər verir ki, birinciliyin finalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Quba Regional "ASAN xidmət" Mərkəzinin nümayəndəsi Səadət Fərzəliyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional nümayəndəliyinin əməkdaşı Eyvaz Xeyrullayev, məşqçilər və idmançılar iştirak etmişdir.

Qeyd edək ki, 24 iyul 2024-cü il tarixdə start verilən yarışda gənc qızlardan ibarət 8 komanda mübarizə aparmışdır. Yarışın son günündə yarımfinal və final oyunu keçirlmişdir. Final oyunun sonunda 1-ci yeri “Zəfər” komandası, 2-ci yeri Alekseyevka kənd orta məktəbin komandası, 3-cü yeri isə “Qələbə” komandası tutmuşdur.

Qalib komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.