
“Qızlar Futzal Kuboku” keçiriləcək
- 12 Apr 2025 13:30
- 46
AFFA-nın təşkilatçılığı ilə 12-13 aprel tarixlərində Şamaxıda 14 yaşadək qız şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək.
Rekord.az xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksində baş tutacaq turnirin ilk günü 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq.
İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqdır.
Qeyd edək ki, “Qızlar Futzal Kuboku” yarışının UEFA-nın dəstəyi ilə ümumilikdə 4 regionda təşkili planlaşdırılır. Layihənin keçirilməsində əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.