
Qobustanda 3X3 basketbol üzrə nümunəvi çıxışlar
- 10:00
- 33
Qobustan rayonu Sündü kənd Ş.Şikarov adına tam orta məktəbin idman zalında bədən tərbiyə rəhbəri Fuad Mehbalıyevin rəhbərliyi altında "İdman hamı üçün" layihəsi çərçivəsində 3X3 basketbol üzrə nümunəvi çıxış təşkil olunub.
Rekord.az xəbər verir ki, tədbirdə təcrübəli müəllim yeniyetmə oğlan və qızlara 3X3 basketbol idman növü haqqında ətraflı məlumat verilib.
İştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra müxtəlif məsafələrdən atış fəndlərini mənimsəyərək yerinə yetiriblər. Tədbirin sonunda yeniyetmə oğlanlar arasında 3x3 basketbol üzrə oyunlar keçirilib. Tədbirin keçirilməsində məqsəd yeniyetmə oğlan və qızlar arasında 3X3 basketbol idman növünə marağın artırılması, bu idman növünün rayonda inkişaf etdirilməsi, idman oyunlarının kütləviliyinin yüksəldilməsi, sağlam həyat tərzinin təbliği olunması və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.