Qobustanda ağırlıqqaldırma üzrə məşğələ təşkil olunub
- 16 İyn 2024 14:20
- 503
Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində “Ağırlıqqaldırma” zalında Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şəmsi Səfərlinin rəhbərliyi altında ağırlıqqaldırma idman növü üzrə məşğələ təşkil olunub. Tədbirdə 20 nəfər idmançı və həvəskar yeniyetmə iştirak edib.
Rekord.az xəbər verir ki, əməkdar məşqçi məşğələ zamanı yeniyetmə idmançılara və həvəskarlara ağırlıqqaldırma idman növü haqqında ətraflı məlumat vermiş və gəncləri bu idman növü ilə məşğul olmağa dəvət etmişlər. İştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra təcrübəli məşqçinin rəhbərliyi altında ağırlıqqaldırmanın birdən və təkanla qaldırma hərəkətlərini yerinə yetirmişlər.
Ağırlıqqaldırma üzrə məşğələnin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğ olunması, uşaqlar və yeniyetmələr arasında ağırlıqqaldırma idman növünə marağın artırılması və asudə vaxtın səmərəli təşkilidir.