Qobustanda ağırlıqqaldırma üzrə rayon turniri keçirilib
- 23 İyl 2024 14:47
- 489
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Ağırlıqqaldırma” idman zalında "Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyi"nə həsr olunmuş ağırlıqqaldırma idman növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd ağırlıqqaldırma idman növünün uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika yarışlarında iştirak edəcək idmançıların müəyyənləşdirilməsidir.
Turnir 7 çəki dərəcəsində keçirilmiş və Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şəmsi Səfərlinin, məşqçilər İsmayıl Qurbanovun və Xəlifə Qəhrəmanovun 22 yetirməsi iştirak etmişdir.
Ayrı-ayrı çəki dərəcələrində Baxşəliyev Əli, Hümmətov Cahid, Baxşəliyev Əmirxan, Çıraqəliyev Cəlil, Rəcəbli Elgün, Səfərli Ramazan və Musalı Səidnur qalib gələrək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.