Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan “Güləş” idman zalında "20 Yanvar-Ümumxalq Hüzn Günü" münasibətilə cüdo idman növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd 20 Yanvar Şəhidlərinin əziz xatirəsinin yad olunması, cüdo idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və yeniyetmələr arasında rayon yığma komandasına namizəd idmançıların müəyyən olunmasıdır.

Ayrı-ayrı çəki dərəcələrində Bayramsoy Fateh, Qocazadə Qalib, Alışov Rafiq, Şıxızadə Nicat, Qayıblı Röyal, İsmayılov Bakir, Quliyev Ruhid, Qəniyev Natiq, Əliyev Qurban, İmanov Əvəz və digər idmançılar qalib gələrək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.