
Qobustanda daha bir idman tədbiri keçirilib
- 15 Apr 2025 16:22
- 53
Qobustan İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun və Qobustan İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Ümumdünya sağlamlıq günü” münasibətilə cüdo idman növü üzrə kütləvi idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, cüdo üzrə kütləvi idman tədbirinin təşkil olunmasında məqsəd uşaq və yeniyetmələr arasında bu idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir.