Qobustanda daha bir yarış keçirilib
- 24 Noy 2023 15:44
- 251
Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində "İdman hamı üçün" layihəsi çərçivəsindən"Qaçış hamı üçün" idman tədbiri keçirilmişdir.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd uşaqlar və yeniyetmələr arasında atletika idman növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Qobustan rayon UGİM-nin baş məşqçi-müəllimi Fərid Əzizov qaçış həvəskarlarına atletikanın qaçış növünün texnikası və insan orqanizminə faydası haqqında ətraflı məlumat vermişdir.
Sonda tədbirə qoşulan 30 nəfər yeniyetmə iştirakçı 1000 m məsafəyə qaçış proqramında öz qüvvələrini sınamışlar.