Qobustanda güləş üzrə master-klass
- 19 Mar 2024 11:22
- 213
“Güləş” idman zalında "İdman hamı üçün" layihəsi çərçivəsində Qobustan UGİM-nin baş məşqçi-müəllimi İnqilab Şirəliyevin rəhbərliyi altında sərbəst güləş idman növü üzrə master-klass təşkil olunub.
Rekord.az xəbər verir ki, master klass zamanı öncə yeniyetmə idmançılara və həvəskarlara sərbəst güləş idman növü haqqında ətraflı məlumat verilib.
İştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra məşqçi İnqilab müəllimin rəhbərliyi altında müxtəlif fəndləri mənimsəyərək yerinə yetirmişlər.
Sərbəst güləş üzrə master-klassın keçirilməsində əsas məqsəd uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və təlim-məşq proseslərinin təkmilləşdirilməsidir.