Qobustanda "Qaçış hamı üçün" idman tədbiri
- 30 Sen 2023 10:30
- 377
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şəhid F.Nadirov adına İstirahət Parkında "İdman hamı üçün" layihəsi çərçivəsində "Qaçış hamı üçün" idman tədbiri keçirilmişdir.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd uşaqlar və yeniyetmələr arasında atletikanın bu növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir
Tədbirə qoşulan 20 yeniyetmə isinmə hərəkətlərini yerinə yetirmiş və 1000 m məsafəyə qaçış proqramında öz qüvvələrini sınamışlar.