Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə UGİM-nin idman zalında məşqçi-müəllim, idman ustası Valeh Etibarobun rəhbərliyi ilə sərbəst güləş üzrə rayon turniri keçurilib.

Rekord.az xəbər verir ki, turnirdə yerli idmançılarla yanaşı, həvəskar yeniyetmələr də iştirak edib. 

Sərbəst güləş üzrə turnirin keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında bu idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkilidir. Qalib idmançılar diplomla təltif ediliblər.