Qobustanda sərbəst güləş üzrə ustad dərsləri keçirilib
- 05 İyl 2024 13:21
- 274
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Güləş” idman zalında "İdman hamı üçün" layihəsi çərçivəsində Qobustan UGİM-nin məşqçi-müəllimləri İnqilab Şirəliyev və Valeh Etibarovun rəhbərliyi altında sərbəst güləş idman növü üzrə ustad dərsi təşkil olunub.
Rekord.az xəbər verir ki, idman tədbiri zamanı öncə yeniyetmə idmançılara və həvəskarlara sərbəst güləş idman növü haqqında ətraflı məlumat verilib. İştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra təcrübəli məşqçi-müəllimlərin rəhbərliyi altında müxtəlif fəndləri mənimsəyərək yerinə yetiriblər.
Sərbəst güləş üzrə ustad dərsinin keçirilməsində əsas məqsəd uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və təlim-məşq proseslərinin təkmilləşdirilməsidir.