Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Güləş” idman zalında uşu-sanda üzrə yeniyetmələr arasında rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda Azərbaycan Uşu Federasiyasının Qobustan rayonu üzrə bölməsinin 22 nəfər üzvü iştirak etmişdir.

Yarışın keçirilməsində əsas məqsəd uşu-sanda idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika miqyaslı turnirlərdə iştirak edəcək idmançıların müəyyən olunmasıdır.

Ayrı-ayrı çəki dərəcələrində Eyyublu Eyyub, Məmmədli Nihat, Nurəhmədov Ayhan, Rəhimli Eyyub, Quliyev Ülvü, Yaqublu Tural, Əsgərov Mehrab qalib gələrək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.