
“Qol buraxmadan layiqli qələbə qazandıq”
- 23 Mar 2025 00:30
- 84
Haiti millisi bu gün yoxlama oyunu çərçivəsində Azərbaycan yığmasının qonağı olub.
Rekord.az xəbər verir ki, rəqib komandanın yarımmüdafiəçisi Leverton Pyer oyundan sonra keçirilən mətbuat konfransına qatılıb.
Haitili futbolçu həftə ərzində çox məşq etdiklərini və bu qələbənin bunun bəhrəsi olduğunu bildirib:
“Həftə ərzində çox məşq etmişdik. Düşünürəm ki, bu qələbə əziyyətimizin bəhrəsi idi. Maraqlı oyun alındı. Yaxşı müdafiə olunduq. Qol buraxmadan layiqli qələbə qazandıq.
Azərbaycan millisinin bəzi yüksək cəhətləri var. Sadəcə olaraq, biz bu gün daha intensivlik nümayiş etdirdik. Daha yaxşı oynadıq. Xüsusən, rəqibin sol cinahı daha intensiv idi. Sadəcə, bu gün onların günü deyildi. Daha yaxşı oynadıq və qələbə qazandıq”.