Qriqorçuk "Astana"dan ayrıldı
- 13 Yan 2020 19:00
- 1002
Roman Qriqorçukun "Astana"dakı taleyinə aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar. Məlumatı klubun rəsmi saytı yayıb.
Ukraynalı mütəxəssislə yanaşı, köməkçiləri - Mixail Savka, Anatoli Korotya və Andrey Qluşenko da paytaxt təmsilçisini tərk edib.
2018-ci ilin yayında "Astana"ya baş məşqçi təyin olunan Qriqorçuk avqust ayında ailəvi məsələlərə görə klubdan müvəqqəti ayrılmış, bir də 2019-cu ilin yanvarında öz vəzifəsinə qayıtmışdı. Təcrübəli çalışdırıcının rəhbərliyi altında Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan komanda Qazaxıstan Premyer Liqası və Superkubokunun də qalibi olub.
Qriqorçuk 2014-2018-ci illərdə "Qəbələ"ni çalışdırıb. Ukraynalının yenidən Azərbaycanda işləyəcəyi istisna edilmir. Onun bir müddət əvvəl "Neftçi" ilə təmasa keçdiyi yayılan xəbərlər arasında yer alır.