Qriqorçukun "Neftçi" variantı
- 24 Noy 2019 14:00
- 1248
Roman Qriqorçuk "Astana"dan ayrılır.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi ilə müqaviləsi gələn ay başa çatacaq ukraynalı mütəxəssis bu həftə klub rəhbərliyi ilə görüşüb. Ona Avroliqadakı uğursuzluqdan sonra klubun büdcəsinin azaldılacağı və bunun məşqçinin maaşına da təsir edəcəyi bildirilib. Məlumat üçün deyək ki, 54 yaşlı mütəxəssis "Astana"da ilinə 2 milyon dollar qazanır.
Maliyyə vəziyyətinin yaxşı olmadığını söyləyən rəhbərlik Qriqorçuka başqa klublarla danışıq aparmağı məsləhət görüb. Bizdə olan məlumata görə, təcrübəli çalışdırıcı xidmətini menecerlər vasitəsilə ilk olaraq, "Neftçi"yə təklif edib. "Ağ-qaralar" ukraynalının xidmətində maraqlı olsalar da, Roberto Bordinin təzminat məsələsinə görə qəti addım ata bilmir.
Qriqorçuk 2014-cü ilin qışından 2017-2018 mövsümünün sonunadək "Qəbələ"ni çalışdırıb.