Azərbaycan Basketbol Liqasının 17-ci turunda daha bir oyun keçirilib.


Rekord.az xəbər verir ki, B qrupunda “Quba” “Şəki” ilə üz-üzə gəlib.


“Sərhədçi” İdman Mərkəzində baş tutan görüş “Şəki”nin qələbəsi ilə yekunlaşıb - 66:63.


Bu gün 17-ci turda daha bir matç keçiriləcək. A qrupunda “Abşeron” evdə “Sərhədçi”ni sınağa çəkəcək.


Turun daha əvvəl baş tutan görüşlərində NTD - "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77 hesabı ilə məğlub edib.