"Quba" heyətinə türkiyəli basketbolçu qatıb.


Rekord.az xəbər verir ki, Şəhriyar Əsgərovun baş məşqçisi olduğu kollektiv Tunahan Aslantaşla anlaşıb.


O, mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.


2003-cü il təvəllüdlü türkiyəli basketbolçu artıq "Quba"nın düşərgəsinə qoşulub. O, karyerası ərzində “Samsun İlkadım”, “Bossan”, “AAF Xırdalan” və “Sərhədçi” klublarında oynayıb.