Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə "Grace of Nature" turniri başlayıb.

Rekord.az xəbər verir ki, yarışda 26 klubdan 255 idmançı iştirak edir.

Gimnastlar kiçiklər (2017-2018-ci il təvəllüdlü), balacalar (2014-2016-cı il təvəllüdlü), yeniyetmələr (2012-2013-cü il təvəllüdlü) və gənclər (2009-2011-ci il təvəllüdlü) yaş kateqoriyasında çıxış edirlər. Fərdi yarışda çoxnövçülük və fərdi alətlər, qrup hərəkətlərində isə iştirakçılar yalnız fərdi alətlər üzrə proqramla çıxış edirlər.

"Grace of Nature" turniri gənc gimnastlara öz bacarıqlarını nümayiş etdirmək və təcrübə qazanmaq üçün əla fürsət yaradır!

Qeyd edək ki, "Grace of Nature" turnirinə sentyabrın 26-da yekun vurulacaq.