Qubada ilk dəfə keçirilən “Quba Open” beynəlxalq şahmat turnirinə start verilib.

Rekord.az xəbər verir ki, birinci turdan öncə Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

9 turdan ibarət yarışda Azərbaycan, Rusiya və Qazaxıstandan ümumilikdə 110 şahmatçı iştirak edir.

Turnirin əsas yarışında 66, U-12 kateqoriyasında isə 44 şahmatçı mübarizə aparır. 

Yarışa fevralın 13-də yekun vurulacaq. Qüdrət İsmayılovun baş hakimi olduğu yarışın ümumi mükafat fondu 5950 manat təşkil edir.