Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gınclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə gənclər “Quba - İdman Paytaxtı 2024” çərçivəsində basketbol idman növü üzrə kütləvi idman tədbiri keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbir zamanı gənclərdən ibarət komandalar arasında oyunlar baş tutmuşdur.

Tədbirin keçirilməsində məqsəd basketbol idman növünün və sağlam həyat tərzinin təbliği, idmanın kütləviliyinin artırılması, gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunmasıdır.